Bank Of Baku

UNEC “Webometrics”də də birinci olub

UNEC “Webometrics”də də birinci olub
# 29 iyul 2023 12:04 (UTC +04:00)

Dünya Universitetlərinin Webometrics Reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən, UNEC dünya universitetlərinin ilk 10%-liyində yer alaraq, ilk dəfə ölkə üzrə birinci yerə yüksəlib.

Bu barədə APA-ya UNEC-dən bildirilib.

Dünyanın 32 minə yaxın universitetlərinin reytinqini hazırlayan Webometrics-də UNEC son illərdə 15 min universiteti geridə buraxmış və hazırda inamla irəliləməkdədir. 2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə Azərbaycan üzrə ikinci yeri tutan UNEC, 6 aydan sonra 3196-cı pilləyə yüksələrək ölkə birincisi olub.

Qeyd edək ki, QS Dünya Universitetləri Reytinqində də (QS World University Rankings 2024) UNEC ölkə birincisi olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR