Bank Of Baku

Vərəmin aşkarlanması və diaqnostika işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər planı hazırlanıb

Vərəmin aşkarlanması və diaqnostika işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər planı hazırlanıb
# 17 mart 2023 15:03 (UTC +04:00)

Vərəmin aşkarlanması və diaqnostika işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər planı hazırlanıb.

APA xəbər verir ki, bunu TƏBİB-in İlkin tibbi sanitariya yardımın təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov deyib. O bildirib ki, TƏBİB-dəki vərəmlə mübarizə üzrə işçi qrupunun üzvləri bu sahə üzrə elm adamları və ixtisaslı şəxslərdən ibarətdir:

“İşçi qrupunun əsas məqsədi vərəmlə mübarizə üzrə strategiya və hədəflərin müəyyən edilməsi, vəzifələri isə vərəmin aşkarlanması və diaqnostikası, müalicəsi üzrə xidmətin yüksəldilməsi istiqamətində fəaliyyətdir”.

Vərəmə yoluxma, müayinə və müalicəsi ilə bağlı profilaktikadan danışan həkim bildirib ki, vərəmin peyvənd təqviminə uyğun aparılması burada ən önəmli məqamlardandır:

“İkincisi isə, risk qrupuna daxil olanların müayinəsi və xəstə şəxslərin müalicəsidir. Digər önəmli məqam isə bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasıdır. COVİD dönəmində də şahid olduq ki, maarifləndirmə bu işdə önəmli rol oynayır”.

Vərəmin aşkarlanması və diqanostika işinin yaxşılaşdırılmasından danışan həkim bildirib ki, bu istiqamətdə əsas iş ilkin səhiyyə müəssisələrinin üzərinə düşür:

“TƏBİB-in ilkin səhiyyə və Təcili Tibbi Yardım departamenti tərəfindən vərəmin aşkarlanamsı və diaqnostika işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər planı hazırlanıb. Burada vərəmin aşkarlanması və bu istiqamətdə təkmilləşdirmə işləri əks olunub. Son dövrlərdə ilkin səhiyyə xidməti müəssisələrin radioloji avadanlıqlarla təchizatı yaxşılaşdırılıb, kadrlarla təminatda xeyli irəliləyiş əldə olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR