Bank Of Baku

VI Robot Olimpiadasının açılış mərasimi olub - FOTO

VI Robot Olimpiadasının açılış mərasimi olub - FOTO
# 01 sentyabr 2023 15:14 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadasının rəsmi açılış mərasimi keçirilib.

APA xəbər verir ki, sentyabrın 3-dək davam edəcək olimpiadada 4 kateqoriya (“Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers”) üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər yarışırlar.

Ümumilikdə, bu kateqoriyalar üzrə respublikanın 20 rayon və şəhərindən 249 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər keçirilib və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb.

Əlavə olaraq, finala vəsiqə qazanmış komandalara Qusar Olimpiya İdman Kompleksində layihələrini inkişaf etdirmələri üçün yay düşərgəsi təşkil edilib. Düşərgə müddətində gənclərə müxtəlif interaktiv təlimlər keçirilib.

Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar bu il noyabrın 7-dən 9-dək Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR