Bu gün Azərbaycan səhiyyəsi özünün yeni mərhələsinə qədəm qoyub.
APA xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.
O bildirib ki, son illərdə səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması və onların ən yüksək tibbi xidmətlərlə əhatə olunması bu siyasətin əsas prioritetdir:
“Səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə həyata keçirilir. Bu gün səhiyyənin Azərbaycanda güclü maddi-texniki bazası var. Kifayət qədər səriştəli və savadlı kadr potensialı formalaşdırılıb”.