Biz bu yola çıxanda məqsədlərimizdən biri bu idi ki, Azərbaycanda dövlət və özəl xəstəxanalar arasında rəqabət aparaq.
APA xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.
O bildirib ki, özəl müəssisələrdə olan bəzi xidmətlər artıq dövlət tibb müəssisələrində daha keyfiyyətli göstərilir:
“Vətəndaşlar İcbari Tibbi Sığorta zərfi ilə dövlət tibb müəssisəsisələrinə müraciət edərək ödənişsiz tibbi xidmətlərdən faydalanır. Artıq özəl tibb müəssisələrinə müraciətlərin sayı azalıb. Özəl tibb müəssisələri də göstərdikləri tibbi xidmətin keyfiyyətini daha çox artırmağa məcbur olacaq. Bizim üçün də vacib olan budur. Çünki dövlət müəssisələri də, özəl tibb müəssisələri də Azərbaycan səhiyyəsinə xidmət edir. Səhiyyəmizin inkişafı üçün bu rəqabət vacibdir”.