2019-cu ildə BMT QAK-ın 70-ci sessiyası çərçivəsində vətəndaşsızlıq vəziyyəti üzrə yüksəksəviyyəli paneldə belə bir tələb müəyyən edilmişdi ki, iştirak edən dövlətlər könüllü öhdəliklər götürür və üç il ərzində hansı tədbirləri gördükləri barədə məlumat verirlər.
APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. O bildirib ki, həmin dövrdə Azərbaycanda aşkar edilən vətəndaşsızlıq vəziyyəti olan şəxslərin bu gün artıq 65 faizdən çoxu Azərbaycan vətəndaşlığını əldə edib və bunu təsdiq edən sənədlərlə təmin edilib:
"Bu proses davam edir. Onların müvafiq məlumatları əldə edilib və hüquqi prosedurlar davam etməkdədir. Bu templə davam etsək, Azərbaycan qısa müddətdə bu problemi tam aradan qaldıracaq".
"Hazırda yeni vətəndaşsızlıq vəziyyətinin aşkarlanması halları da azalıb", - deyə o qeyd edib.