Bank Of Baku

Xankəndiyə çatdırılması planlaşdırılan ərzaq yükü 7 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir - FOTO

Xankəndiyə çatdırılması planlaşdırılan ərzaq yükü 7 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir - FOTO
# 04 sentyabr 2023 21:58 (UTC +04:00)

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən 40 ton un, mənzil başına çatmaq üçün aparılan danışıqların nəticəsini gözləyir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri, avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda Rusiya sülhməramlı kondingentinin postunun qarşısında gözləyir. AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR