Bank Of Baku

Xaricdə təhsil almış 60-dan yuxarı həkim işlə təmin olunub

Xaricdə təhsil almış 60-dan yuxarı həkim işlə təmin olunub
# 20 iyun 2023 10:24 (UTC +04:00)

Cərrahiyyə və radioloji profil üzrə çalışan həkim və mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatriya ixtisası üzrə 5000 min manatdan müəyyən olunur.

APA xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.

O bildirib ki, qaydaya uyğun olaraq, işin nəticələrinə görə məbləğ 5 000 və 6500 manatdan çox olduqda yaranacaq fərqin maliyyələşdirilməsi İcbari Tibbi Sığorta Fondunun vəsaiti əsasında aparılacaq: “İndiyə qədər Agentlik tərəfindən tibb müəssisələrində ixtisas üzrə kadr çatışmazlığının aradan qaldırılması dair 2022-2023-cü illər üzrə proqramı nəticəsində xaricdə təhsil almış həkimlərin TƏBİB-in tərkibində olan müəssisələrdə işə qəbulu aparılıb. Bu proqram çərçivəsində həm region, həm də mərkəzdə 60-dan yuxarı xaricdə təhsil almış həkimimiz işlə təmin olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR