Bank Of Baku

Xarici diplomatlar Laçında aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar - FOTO

Xarici diplomatlar Laçında aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar - FOTO
# 24 iyun 2023 12:53 (UTC +04:00)

Laçına səfər edən diplomatik korpus nümayəndələrinə orada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

APA xəbər verir ki, Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirilib.

Xarici diplomatlar artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

Fuad Sadıqov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR