Bakı. Kəmalə Quliyeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə paytaxtın 20-ci sahə adlanan ərazisində, Oqtay Daşdəmirov küçəsində baş verən uçqunun qarşısının alınması üçün Azərbaycan Nazirlər Kabinetinə (NK) təkliflər təqdim edib.
Bu barədə APA-ya E
Təkliflərdə həmçinin ərazidə yerləşən evlərin köçürülməsi əks olunub: “Həmin ərazidə 3-4 ev var. O evlərin köçürülməsi lazımdır. Köçürüləcək evlərin yerində onlardan aşağıda yerləşən evlərin təhlükəsizliyini təmin etmək üçün istinad divarının tikilməsi təklif olunur. Qaya süxurlarının asılı vəziyyətdə olanlarını tanker üsulu ilə bərkidilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, ərazidə uçqun fevralın 25-də baş verib.