Bank Of Baku

“ASAN  Xidmət” Ucar və Zərdabda səyyar xidmətə başlayıb - VİDEO

“ASAN  Xidmət” Ucar və Zərdabda səyyar xidmətə başlayıb - <span style="color: red;">VİDEO
# 28 oktyabr 2013 07:24 (UTC +04:00)

Bakı-APA. “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda  Sabirabad və Saatlı, Şamaxı şəhərində  Şamaxı, Qobustan və Ağsu,  Salyan rayonunda  Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda  Astara, Qəbələ rayonunda  Qəbələ , Kürdəmir rayonunda  Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam , Lənkəran  şəhərində Lənkəran və Lerik, Yevlax rayonunda Mingəçevir və Yevlax, Cəlilabad rayonunda  Cəlilabad və Biləsuvar, İmişli rayonunda  İmişli,  Şəki şəhərində isə Şəki və Oğuz  rayonlarının sakinlərinə Səyyar “ ASAN  Xidmət” göstərilib.

 

Oktyabrın 26-dan başlayaraq Ucar və Zərdab rayonlarının  ümumi sayı 145000-dən çox olan sakini  Səyyar “ASAN  Xidmət”dən  Ucar rayonunda yararlana bilirlər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Proses noyabrın 6-dək davam edəcək.

 

Xatırladaq ki, Səyyar “ASAN Xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

İndiyədək Səyyar “ASAN Xidmət” çərçivəsində  17 məntəqədə 30  rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilmişdir. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR