Bank Of Baku

Gənclər Fondu Litvada Gənclər Forumunda təmsil olunub - FOTO

Gənclər Fondu Litvada Gənclər Forumunda təmsil olunub - <span style="color: red;">FOTO
# 29 oktyabr 2013 09:50 (UTC +04:00)

Bakı-APA. Litvanın Kaunas şəhərində Beynəlxalq Gənclər Əməkdaşlığı üzrə Agentlik, Litva Respublikasının Xarici İşlər Nazirliyi və Sosial Müdafiə və Əmək Nazirliyi tərəfindən təşkil olunmuş Şərq Tərəfdaşlığı ölkələrinin Gənclər Forumu keçirilib.

 

Fonddan APA-ya verilən məlumata görə, tədbirdə Şərq Tərəfdaşlığı ölkələri, eləcə də Avropa ölkələrindən 200-ə yaxın gənc, gənclər sahəsində çalışan mütəxəssis və tədqiqatçılar, səlahiyyətli nümayəndələr iştirak ediblər. Forumun əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələri və “Gənclər fəaliyyətdə” proqramının üzv ölkələri arasında gənclər sahəsində həyata keçirilən qeyri-formal təhsilin tanınması mövzusunda təcrübə və fikir mübadiləsi aparmaq, qeyri-formal təhsilin keyfiyyətini və göstəriciliyini artırmaqdan ibarət olub.

 

Forumda Azərbaycanı qeyri-hökumət təşkilatlarının nümayəndələri və Azərbaycan Gənclər Fondunun nümayəndəsi Lalə Rzayeva təmsil edib. Nümayəndələr ölkədə gənclər sahəsində olan müsbət dəyişikliklər və nailiyyətlər haqqında məlumat verib və təcrübə mübadiləsi aparıblar. Forumda qeyri-formal təhsilin tanınması, qeyri-formal təhsilin keyfiyyətinin və göstərici səviyyəsinin yüksəldilməsi mövzusunda paralel işçi qruplar keçirilib. Qeyri-formal təhsilin göstəricisi mövzusunda təşkil olunmuş qrup sessiyasında Azərbaycan Gənclər Fondunun əməkdaşı Lalə Rzayeva moderator kimi iştirak edib.

 

Forumda müxtəlif mövzular üzrə qrup müzakirələri təşkil olunub. Müzakirələrdə Azərbaycan Gənclər Fondu haqqında məlumat, fəaliyyətini əks etdirən foto və videoroliklər forum iştirakçılarına təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR