Bank Of Baku

“Heydər Əliyev irsi və onun tədqiqi” adlı sərgi keçirilib - FOTO

“Heydər Əliyev irsi və onun tədqiqi” adlı sərgi keçirilib - <span style="color: red;">FOTO
# 01 may 2014 16:30 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Görkəmli dövlət xadimi Heydər Əliyev: müstəqil dövlətçilik təlimi və müasirlik” mövzusunda tədbir keçirilib. Mərkəzi Elmi Kitabxananın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu münasibətlə Mərkəzi Elmi Kitabxana “Heydər Əliyev irsi və onun tədqiqi” adlı sərgi təşkil edib.

 

Sərgidə ümummilli lider Heydər Əliyevin çıxışları toplanan kitablar, haqqında yazılmış əsərlər, Heydər Əliyev Fondunun nəşrləri və Mərkəzi Elmi Kitabxananın yenicə çapdan “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” külliyatının 2 cildli elmi-biblioqrafik göstəricisi nümayiş etdirilib. Bundan başqa, sərgidə H. Əliyevin həyat və fəaliyyətlərini əks etdirən virtual görüntülər, filmlər və fotoşəkillər də sərgilənib.

 

Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, vitse-prezident, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, AMEA-nın institut rəhbərləri və əməkdaşları, habelə tədbirdə qonaq qismində iştirak edən millət vəkilləri sərgi ilə yaxından tanış olublar.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR