Bakı. Könül Kamilqızı-APA. Sumqayıt şəhərində “Uşaqlarda bronxial asmanın profilaktikasına dair yeni imkanlar” mövzusunda Elmi-praktiki konfrans keçirilib. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, konfransda göstərilən mövzu üzrə Azərbaycan Tibb Universitetinin uşaq xəstəlikləri kafedrasının müdiri, əməkdar elm xadimi, professor A.Əyyubova və ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti, T. Pənahova “Uşaqlarda olan bronxoobstruktiv sindromun tədbirləri” mövzusunda məruzə ediblər. Daha sonra məruzəçilər tərəfindən verilən çoxsaylı sualları ətraflı cavablandırıblar.
Konfrans məruzələr ətrafında müzakirələrlə davam edib. Məruzə ətrafında çıxışlarda hazırda uşaq yaşlarında çox təsadüf edilən bronxial asma və bronxoobstruktiv sindromun profilaktikası, diaqnostikası və müasir səviyyədə müalicəsinin təşkil edilməsi sahəsində tibb işçilərinin məsuliyyətinin artırılmasının vacibliyi xüsusi qeyd olunub.