Bank Of Baku

Kürdə suyun səviyyəsi azalıb

 Kürdə suyun səviyyəsi azalıb
# 22 fevral 2013 11:23 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı-APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-190, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında 50-230, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, fevralın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 164 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. Fevralın 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 61 m3/s olmaqla, ongünlük normanın 80 faizini təşkil edir.


Fevralın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Şirvanda 2 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Bankədə 2 sm artım olub, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR