Bakı – APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov Macarıstanın Dunayvaros Universitetinin rektoru, doktor İstven Andresin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Universitetin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, rektor ADİU-nun Dunayvaros Universiteti ilə tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması və gələcəkdə ikili diplom proqramlarının reallaşdırılmasında maraqlı olduğunu bildirib.
Görüşdə Avropa Birliyinin maliyyələşdirdiyi layihələrdə birgə əməkdaşlıq, birgə fakültə idarəetməsi məsələləri müzakirə olunub.
Sonda ADİU ilə Dunayvaros Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Qeyd edək ki, Macarıstanın Dunayvaros Universitetinin nümayəndə heyəti ADİU-nun ev sahibliyi etdiyi “II Biznes İnzibatçılığı və Korporativ Sosial Məsuliyyət" Beynəlxalq Elmi Konfransında iştirak etmək məqsədi ilə Bakıya gəlib.