Bank Of Baku

ATƏT insan alveri qurbanlarının müdafiəsinə həsr olunan beynəlxalq seminar təşkil edib - FOTO

ATƏT insan alveri qurbanlarının müdafiəsinə həsr olunan beynəlxalq seminar təşkil edib - <span style="color: red;">FOTO
# 26 noyabr 2013 07:55 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. ATƏT-in Bakı ofisi “İnsan alveri qurbanlarının müdafiəsi mexanizmləri”nə həsr olunan iki günlük beynəlxalq seminar təşkil edib. APA-nın məlumatına görə, tədbirin məqsədi hakim, prokuror, vəkil və hüquqşünasların insan alveri və məcburi əmək hallarının mühakiməsi, eləcə də insan alveri qurbanlarının müdafiəsi haqqında biliklərini təkmilləşdirməkdir.

 

Seminarda çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay bildirib ki, insan alverinə qarşı mübarizəyə cəlb olunmuş bütün tərəflərin  qurbanların zəif durumda olduqlarını qəbul etməsi çox vacibdir: "Önəmli məsələlərdən biri də onların insan alveri qurbanı olduğu zaman məcburən törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməməsi və cəzalandırılmamasıdır".

 

Qeyd edək ki, beş hissədən ibarət olan seminarda insan alverinə qarşı mübarizədə məhkəmə orqanlarının roluna dair müzakirələr aparılıb. Tədbir iştirakçıları eyni zamanda məhkəmə prosesləri və qurbanların ifadə verməsi zamanı üzə çıxan əsas problemləri, qurbanlara kompensasiyaların verilməsi məsələsini, eləcə də onlara hüquqi yardımın göstərilməsində vəkillər kollegiyalarının rolunu və pulsuz hüquqi yardım sisteminin mümkünlüyünü müzakirə ediblər.

 

Seminarda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polkovnik Cavad Şıxəliyev və digər şəxslər çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR