Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün bu gün Portuqaliyanın Lissabon şəhərində gedir.
Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda “Təhsildə müsbət idarəçilik və yüksək keyfiyyət”, “Çoxmədəniyyətli cəmiyyətlərdə ümumi cəhətlər və fərqlər”, “Avropanın mədəni irsi”, “Ümumavropa evi çərçivəsində əməkdaşlıq” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Deputat müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək. Səfər oktyabrın 29-da başa çatacaq.