Bank Of Baku

Azərbaycan ərazisində hava sabit olacaq

Azərbaycan ərazisində hava sabit olacaq
# 29 oktyabr 2013 09:31 (UTC +04:00)

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 8-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında oktyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

 

Noyabrın 1-dək respublika ərazisində gözlənilən sabit hava şəraiti kənd təsərrüfatı işlərinin, aqrotexniki tədbirlərin aparılması üçün əsasən əlverişli olacaq. Bu cür hava şəraiti yetişmiş meyvə və tərəvəzin yığılması üçün də münasib olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR