Bank Of Baku

Azərbaycan vətəndaşları Türkiyədə ən çox daşınmaz əmlak alanlar siyahısında 5-ci yerdədir

Azərbaycan vətəndaşları Türkiyədə ən çox daşınmaz əmlak alanlar siyahısında 5-ci yerdədir
# 07 dekabr 2013 13:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bu ilin 10 ayında 98 ölkədən olan 15086 nəfər Türkiyədə 21691 daşınmaz əmlak alıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Çevrə və Şəhərlər Nazirliyi məlumat yayıb.

 

Xarici vətəndaşlar tərəfindən alınmış daşınmaz əmlakın 9888-i torpaq, 11803-ü isə tikinti-yaşayış obyektidir.

 

Türkiyədə mülk alanların ilk üçlüyündə Rusiya (3322 obyekt), Almaniya (2637 obyekt) və İngiltərə (2455 obyekt) vətəndaşları qərarlaşıblar.

 

Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlak alanlar siyahısında 5-ci yeri tutublar. Cari ilin yanvar-oktyabr aylarında azərbaycanlılar Türkiyədə 911 daşınmaz əmlak obyekti satın alıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR