Bank Of Baku

Azərbaycanda doktorantura üzrə kurikulum hazırlanacaq

Azərbaycanda doktorantura üzrə kurikulum hazırlanacaq
# 21 fevral 2013 10:42 (UTC +04:00)

 

 APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən təhsil naziri Misir Mərdanov deyib ki, Azərbaycan Bolonya prosesinə yeni qoşulduğundan hələlik doktorantura pilləsinin kurikulumu hazırlanmayıb: "Bu sahədə kurikulum hazırlanması istiqamətində iş gedir. Biz addımlarımızı atırıq, bu yolda dayanmamalıyıq. Beynəlxalq təcrübəni, o cümlədən Avropa təcrübəsini öyrənməliyik. Yaxın gələcəkdə öz təcrübəmizi nəzərə almaqla milli maraqlara yol açan və imkan verən bir kurikulum hazırlayıb işlərimizi davam etdirəcəyik. Bu, Azərbaycanın ali təhsil sistemində yenilik olacaq. Bu prosesin nə vaxt yekunlaşacağını deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, bu istiqamətdə hazırda işlər gedir və yaxın gələcəkdə doktorantura üzrə kurikulum hazırlanacaq". 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR