Bank Of Baku

Azərbaycanda doktorantura yaradılan ali təhsil müəssisələri və elmi təşkilatların siyahısı dəyişib

Azərbaycanda doktorantura yaradılan ali təhsil müəssisələri və elmi təşkilatların siyahısı dəyişib
# 05 noyabr 2013 13:33 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən, siyahıya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üzrə Aqrar elmlər bölməsi, Naxçıvan bölməsi və Gəncə bölməsi əlavə edilib.

 

Aqrar elmlər bölməsinə fəlsəfə və elmlər doktorları hazırlayacaq Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu  və Eroziya və Suvarma İnstitutu daxil edilib. Buna müvafiq olaraq Genetik Ehtiyatlar İnstitutu  və Torpaqşünaslıq və Aqrokimya İnstitutu Biologiya elmləri bölməsindən, Eroziya və Suvarma İnstitutu Kənd Təsərrüfatı Nazirliyi üzrə bölmədən çıxarılıb.

 

Naxçıvan bölməsinə fəlsəfə və elmlər doktorları hazırlayacaq Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu , fəlsəfə doktoru hazırlayacaq Batabat Astrofizika Rəsədxanası daxil edilib. Gəncə bölməsinə isə fəlsəfə və elmlər doktorları hazırlayacaq Diyarşünaslıq İnstitutu, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, o cümlədən fəlsəfə doktorları hazırlayacaq Humanitar Tədqiqatlar İnstitutu, Nizami Gəncəvi Mərkəzi, Bioresurslar İnstitutu və Aqrar Problemlər İnstitutu daxildir. Buna müvafiq olaraq Gəncə Regional Elmi Mərkəzi və Naxçıvan bölməsi AMEA-nın Humanitar və İctimai elmlər bölməsindən çıxarılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR