Bank Of Baku

Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı zamanı saxtakarlığa yol verən ədliyyə məmurları üçün yeni cəza tətbiq olunub

Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı zamanı saxtakarlığa yol verən ədliyyə məmurları üçün yeni cəza tətbiq olunub
# 26 noyabr 2013 08:51 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda Ədliyyə Nazirliyi məmurlarının vəzifələrinin icrası zamanı buraxdıqları nöqsana görə yeni cəza növü tətbiq olunub.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 200-2 maddəsi əlavə olunub.

 

Əlavəyə görə, qeydiyyatın ləğvetməsi zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsinə görə həmin vəzifəli şəxslər min manat miqdarda cərimə olunacaqlar.

 

Layihə Milli Məclisdən tərəfindən qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR