Bank Of Baku

Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən abituriyentlər qəbul imtahanları zamanı ayrıca zallarda yerləşdiriləcəklər

Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən abituriyentlər qəbul imtahanları zamanı ayrıca zallarda yerləşdiriləcəklər
# 04 mart 2013 15:31 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən abituriyentlər qəbul imtahanları zamanı ayrıca zallarda yerləşdiriləcəklər. APA-nın məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanova Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təklif verib. Təklifdə şəkərli diabetdən əziyyət çəkən abituriyentlər üçün həkim yardımına sərf olunan vaxtın TQDK tərəfindən nəzərə alınması da xahiş edilib. Təklif TQDK tərəfindən qəbul edilib. Komissiyadan əvvəlcədən zəruri tibbi arayışalrını təqdim edən abituriyentlərin müraciətləri əsasında onlara zəruri şəraitin yaradılacağı bildirilib.

 

Ombudsmanın ötən ilin yekunlarına dair illik məruzəsində ölkədə təhsil hüququ ilə bağlı bir sıra tənqidi məqamlar da yer alıb: “Məktəbəqədər təhsil müəssiələrinin maddi-texniki bazasının zəif olması, bəzi uşaq bağçalarında məcburi köçkünlərin məskunlaşması, kadr hazırlığının və əməkhaqqının aşağı olması bu sahənin əsas problemlərindəndir. Uşaq bağçalarının özəlləşdirməyə açıq elan edilməsi, bu bağçaların sonradan təyinatını dəyişərək kənar məqsədlər üçün istifadə edilməsi vəziyyəti daha da gərginləşdirir. Məktəblərdə ixtisaslı psixoloqların olmaması, əlavə hazırlıq və ixtisasartırma kursu keçmiş müəllimlərin psixoloq kimi fəaliyyəti müəllim-şagird münasibətlərindəki problemlərdə özünü göstərir. Bəzi özəl universitetlərdə təhsil haqqının TQDK-nın təyin etdiyi təhsil haqqından daha artıq olması tələbələrin təhsil və mülkiyyət hüququnun pozulmasına səbəb olub”.

 

E. Süleymanova dövlət sifarişi ilə ali məktəblərə qəbul olan aztəminatlı tələbələrə təqaüdlərin ünvanlılıq prinsipi ilə verilməsini də təklif edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR