Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 8,3 mln. ton yük və 107,1 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi 7,6%, sərnişindaşımanın həcmi isə 8,5% artıb.
«Sərnişinlərin 96,7%-i avtobus, 3,3%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Belə ki, yanvar ayında avtobuslardan 103,545 mln. Sərnişin, taksilərdən isə 3,574 mln. sərnişin yaralanıb. Ötən ilin yanvar ayına nisbətən avtobuslardan istifadə edənlərin sayı 8,4%, taksi istifadəçilərinin sayı isə 10,2% artıb», - deyə Komitədən bildirilib.
Qeyd edək ki, hesabat ayında yük dövriyyəsi 7,7%, sərnişin dövriyyəsi isə 9,4% artıb.