Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda veteranların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə onlara dövlət tərəfindən sosial xidmətlər göstəriləcək.
APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Veteranlar haqqında" qanuna dəyişiklik müzakirə olunub.
Dəyişiklik barədə məlumat verən MM-in Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, “Veteranlar haqqında” qanuna “Sosial xidmət” haqqında qanuna əsasən dəyişiklik olunur. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədilə sosial xidmət müəssisələri veteranlara da sosial xidmətin göstərilməsini təşkil edirlər. Veteranlara "Sosial xidmət haqqında" qanuna uyğun olaraq sosial xidmət göstərilir.
H.Rəcəbli deyib ki, hazırda ölkədə 90 min veteran var. Qanuna edilən dəyişiklik onların həyat şəraitinin yaxşılaşmasına səbəb olacaq.