Bank Of Baku

Bakıda “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri”nə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Bakıda “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri”nə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
# 05 dekabr 2013 09:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Dekabrın 6-7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu Azərbaycan Tarix Qurumu ictimai birliyinin iştirakı ilə beynəlxalq elmi konfrans keçirəcək.

 

İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda keçiriləcək konfrans Azərbaycanı iki yerə parçalamış mənfur Gülüstan müqaviləsinin bağlanmasının 200 illiyinə həsr edilib.

 

Konfransda Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, ABŞ, İran və Albaniya və başqa ölkələrdən  80-ə yaxın alim iştirak edəcək. Tədbirdə AMEA Tarix İnstitutunun  direktoru, millət vəkili Yaqub Mahmudov, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin sədr müavini Nihat Böyükbaş, Türkiyə Cümhuriyyəti Başbakanlıq Arxivləri baş müdir yardımçısı Mustafa Budak və digərləri çıxış edəcək. Alimlərin məruzələri plenar iclasda və dörd bölmədə dinləniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR