Bank Of Baku

Bakıda baxımsız vəziyyətdə olan uşaqlar üçün reabilitasiya mərkəzi və sosial sığınacaq inşa olunur

Bakıda baxımsız vəziyyətdə olan uşaqlar üçün reabilitasiya mərkəzi və sosial sığınacaq inşa olunur
# 27 fevral 2013 13:22 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 50 nəfərlik ixtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yeni mərkəz valideyn himayəsindən məhrum olmaları və müvafiq dövlət strukturlarında qeydiyyata alınmaması səbəbindən baxımsız qalmış uşaqların sosial təminatla əhatə olunmaları və sosial reabilitasiya edilmələri  məqsədilə tikilir.

 

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən inşa olunan mərkəzin və sığınacağın tikintisinin cari ildə başa çatdırılması, həmçinin respublikanın daha 7 rayonunda belə mərkəzlərin yaradılması planlaşdırılır. Sosial reabilitasiya mərkəzləri və sığınacaqlar baxımsız qalmış uşaqların problemlərinin həllinə, təhsillərinin inkişaf etdirilməsinə, cəmiyyətə inteqrasiya olunmasına kömək göstərəcək, onlara tibbi, hüquqi, sosial xidmətlərin göstərilməsini təmin edəcək. Həmçinin ehtiyac olduğu təqdirdə, baxımsız uşaqlar sığınacaqla təmin olunacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR