Bakı. Anaxanım Hidayətova – APA. Aprelin 26-da Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək və sosial müdafiə nazirlərinin görüşü keçiriləcək.
Diplomatik qaynaqlardan APA-ya verilən məlumata görə, görüşdə İƏT üzvü olan ölkələrin əmək və sosial müdafiə nazirləri sözügedən istiqamətdə aktual əməkdaşlıq məsələlərini, əhalinin sosial müdafiəsi və işsizliklə mübarizə tədbirlərini müzakirə edəcəklər.