Bakı. Könül Kamilqızı – APA. Bakıda İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransı keçiriləcək. APA-nın xəbərinə görə, konfrans 8-12 noyabr tarixlərində təşkil olunacaq. Konfransın əsas mövzusu İslam dünyasında uşaqlar və urbanizasiya problemləridir. 8-9 noyabr yüksək səviyyəli ekspertlərin görüşü, noyabrın 11-12-də isə nazirlərin konfransı keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Hökuməti İslam ölkələrinin uşaq siyasəti üzrə məsul nazirlərinin IV konfransına təqdim edilməsi üçün hesabat hazırlayıb.