Bank Of Baku

BDU-da akademik Bəhram Əsgərovun 80 illiyi qeyd olunub

BDU-da akademik Bəhram Əsgərovun 80 illiyi qeyd olunub
# 04 dekabr 2013 13:19 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bakı Dövlət Universitetində (BDU) AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, professor Bəhram Əsgərovun 80, elmi, pedaqoji və ictimai fəaliyyətinin 55 illiyi münasibəti ilə tədbir keçirilib.

 

BDU-dan APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Bəhram Əsgərovun həyat və yaradıcılığından danışıb.

 

A.Məhərrəmov bildirib ki, onun bir sıra işləri daha mürəkkəb dispersiya qanunlu, real enerji spektrli yarımkeçiricilərdəki kinetik effektlərin klassik nəzəriyyəsinə həsr olunub: “Bəhram Əsgərov tərəfindən termomaqnit effektlərinin ölçülməsindən istifadə olunaraq güclü cırlaşmış sferik-simmetrik dispersiya qanunlu elektron yarımkeçiricilərinin parametrlərinin tapılması üçün yeni üsul təklif olunub”.

 

Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov qeyd edib ki, B.Əsgərov 1994-2004-cü illərdə Bakı Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, 1998-ci ildə bir ilə yaxın müddətdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edib: “Bəhram müəllim hazırda Azərbaycan prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. Bir çox illər Respublika Təhsil Nazirliyinin "Fizika" ixtisası üzrə elmi-metodik şurasının sədri, elmlər doktoru elmi dərəcəsi verən Elmi Şuraların sədri və həmsədri olub”.

 

Tədbirdə akademik Ziyad Səmədzadə, professorlar Misir Mərdanov, Qəzənfər Paşayev, Adil Qəribov və başqaları çıxış edərək Bəhram Əsgərovu yubiley münasibətilə təbrik ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR