Bank Of Baku

BMT: Azərbaycanda əhalinin illik artım tempi 1,1% təşkil edir

BMT: Azərbaycanda əhalinin illik artım tempi 1,1% təşkil edir
# 30 oktyabr 2013 13:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) bu gün açıqlanan hesabatında bildirilir.

 

Sənəddə bildirilir ki, əhalisinin illik artımı ən yüksək olan ölkələr Oman və Qətərdir. Yaxın iki ildə bu ölkələrin əhalisinin sayında müvafiq olaraq 7,9% və 5,9% artım olacaq. Fars körfəzi ölkələrindən fərqli olaraq, Şərqi Avropa ölkələrində “demoqrafik qış”ın nəticələri hiss olunmaqda davam edəcək. Qeyd olunur ki, əhalinin ən yüksək azalma tempi Moldova və Bolqarıstanda (0,8%), Ukrayna (0,6%), Serbiya, Belarus və Litvada (0,5%) müşahidə olunacaq.

 

Cənubi Qafqaz ölkələrinə gəlincə, Ermənistanda əhalinin artım tempi 0,2%, Gürcüstanda 0,4%, Azərbaycanda 1,1% olacaq. Sənədə əsasən, Azərbaycanda hər 100 min doğuşda 43 ana ölümü, 5 yaşınadək uşaqların ölümü üzrə isə 47 fakt qeydə alınır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR