Bank Of Baku

Dövlət Agentliyi və IDEA arasında əməkdaşlıq memorandumu imzalanıb

Dövlət Agentliyi və IDEA  arasında əməkdaşlıq memorandumu imzalanıb
# 06 dekabr 2013 07:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

APA-nın verdiyi məlumata görə, memorandumun əsas məqsədi bütün “ASAN xidmət” mərkəzlərində ekoloji layihələrin inkişafına dəstək, vətəndaşların ekoloji məlumatlılıq səviyyəsinin artırılması, maarifləndirmə sahəsində birgə fəaliyyətin qurulmasıdır.

 

Beynəlxalq səviyyədə ətraf mühitin qorunması ilə bağlı təşəbbüslərə qoşulmaq və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlıq da nəzərdə tutulur.

 

Qeyd edək ki, Dövlət Agentliyi ilə IDEA artıq ilk müştərək layihəyə start verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR