Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Quba şəhərində vətəndaşlar üçün açıq qəbul keçirəcək.
Komitənin mətbuat xidmətinin rəhbəri Eldar Sadıq «APA-Economics»ə bildirib ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun Qubada vətəndaşlarla görüşü noyabrın 8-da olacaq.
Qəbulda Quba şəhəri ilə yanaşı, Xaçmaz, Qusar, Xızı, Siyəzən və Şabran rayonlarının sakinləri də iştirak edə bilərlər.