Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Azərbaycanda sürüşmə zonalarında ciddi aktivləşmə gözlənilmir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Azərbaycanda sürüşmə zonalarında ciddi aktivləşmə gözlənilmir
# 25 fevral 2013 08:38 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. “Bu il Azərbaycanda güclü qar yağmadığı üçün sürüşmə zonalarında ciddi aktivləşmə gözlənilmir. Düzdür, köhnə sürüşmə zonalarında müəyyən aktivləşmələr olacaq. Amma ölkə ərazisində keçən il, ondan əvvəlki il kimi intensiv sürüşmə gözləmirik”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.

 

O bildirib ki, bu gün Azərbaycanın sürüşmə zonalarında hər hansı ciddi aktivləşmə yoxdur. B.Qaralovun sözlərinə görə, sürüşmə zonalarında aktivləşmə əsasən qarın əriməsi nəticəsində martın sonlarından başlayır. Bu il isə çox qar yağmadığı üçün elə də ciddi sürüşmələr gözlənilmir.

 

Mütəxəssis son günlər intensiv yağışların yağmasının sürüşmə zonalarına göstərdiyi təsir barədə də məlumat verib: “Son günlər yağan yağışlar güclü yağışlar olmadığından, bunun sürüşməyə elə bir ciddi təsiri olmur. Sürüşmə zonasında aktivləşmə əsasən qar yağışlarından yaranır, belə yağışlar isə onu aktivləşdirir. Bu il də həm regionlar, həm də Bakıda qar çox az yağdığından, elə bir ciddi hal yoxdur. Heç bir sürüşmə zonasında ciddi aktivləşmə qeydə alınmayıb”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR