Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərini pozanlar cəzalandırılıb

Ekoloji qanunvericiliyin tələblərini pozanlar cəzalandırılıb
# 04 mart 2013 10:31 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 16-28 fevral tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

 

ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 121 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 51 müddətli məcburi göstəriş verilib. Ümumilikdə 17 iş üzrə 79450 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 21251,71 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 124 iş üzrə 35494,8 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 14, icra qruplarına 15, məhkəmələrə isə 5 iş göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR