Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən 2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan edib.
Fondun icraçı direksiyasından APA-ya verilən məlumata görə, qrant müsabiqəsi üçün layihələr yanvarın 8-dən fevralın 8-dək qəbul edilib. Bu müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət seminarı təşkil edib, telefon və elektron-poçt vasitəsilə olan müraciətlərə cavab verib. Bu müddət ərzində müsabiqəyə 29 layihə daxil olub. Fevralın 9-dan 27-dək layihələrin ekspertizası təşkil olunub. Müsabiqə qaydaları və tələblərinə cavab verməyən 11 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 18 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.
Fondun Himayədarlar Şurasının iclasının yekun qərarın əsasən, 2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqəsi üzrə 16 qalib layihə müəyyənləşdirilib.
2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 52000 manat təşkil edir.