Bank Of Baku

Əlyazmalar İnstitutunun Elmi şurasının iclası keçirilib - FOTO

Əlyazmalar İnstitutunun Elmi şurasının iclası keçirilib - <span style="color: red;">FOTO
# 06 dekabr 2013 13:02 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Dekabrın 6-da Əlyazmalar İnstitutunun Elmi şurasının iclası keçirilib. İnstitutdan APA-ya verilən məlumata görə, iclasda 2013-cü ildə görülən işlərin hesabatı dinlənilib.

 

Hesabatı məruzə edən Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimov 2013-cü ildə plana daxil olan və plandan əlavə işlərdən, institutun xarici əlaqələrindən, tamamlanan elmi işlərdən, nəşr edilmiş kitablardan, kadr hazırlığı barədə vəziyyətdən danışıb. P.Kərimov bildirib ki, Əlyazmalar İnstitutu hesabat ili ərzində dünyanın bir çox əlyazma mərkəzləri ilə, kitabxanaları ilə əlaqə saxlayıb, əsərlərin surətlərini əldə edib: “Bunların içində Tehranın Məclis Kitabxanasından əldə edilən XVI əsr müəl­lifi Qəribi divanı və təzkirəsi, Vatikanın Apostol Kitabxanasından əldə edilmiş XV-XVI əsrlər şairi Süruri divanı, Kembric Universiteti Kitabxanasından əldə edilmiş XVII əsr şairi Mürtəzaqulu xan Şamlu divanı və bir çox digər bədii, elmi əsərlərin, xəritələrin surətləri böyük maraq doğurur. Bu il Azərbaycan əlyazmaların fotolarının İordaniyanın paytaxtı Əmmanda keçirilmiş sərgisi yerli ictimaiyyətin böyük marağına səbəb olub. İnstitutun əməkdaş­ları xarici ölkələrdə məqalə və kitablarını çap etdirmiş, konfranslarda iştirak ediblər”. 

 

İclasda AMEA-nın müxbir üzvü Teymur Kərimli çıxış edib məruzə haqqında fikirlərini bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR