Bank Of Baku

Gələn il elektron dərslik portalında orta məktəb dərsliklərinin monitorinqi ilə bağlı açıq müzakirələrə başlanacaq

Gələn il elektron dərslik portalında orta məktəb dərsliklərinin monitorinqi ilə bağlı açıq müzakirələrə başlanacaq
# 04 noyabr 2013 14:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ilin yanvar ayından sonra elektron dərslik portalında orta məktəb dərsliklərinin monitorinqi ilə bağlı açıq müzakirələrə başlayacaq.

 

Bunu APA-ya açıqlamasında TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva deyib.

 

O bildirib ki, açıq müzakirələr zamanı əsas VI sinif və ötən ildən yarımçıq qalan X və XI sinif dərsliklərinin müzakirəsi aparılacaq: “Bu il VI sinif dərsliyi təzə dərslikdir. Aşağı sinif dərslikləri isə təzə olmadığından onlara yüngül baxılır. Buna ciddi müzakirə də demək olmaz, lakin hazırda aşağı sinif dərslikləri ilə bağlı müzakirələr aparılır”.

 

A.Batıyeva qeyd edib ki, TQDK tərəfindən Elektron dərslik portalının yaradılması ilə bağlı işçi qruplar fəaliyyət göstərir. Portal istifadəyə verildikdən sonra dərsliklərin monitorinqi ilə bütün zəruri məlumatlar orada yerləşdiriləcək. VI, X və XI sinif dərslikləri ilə bağlı daha ciddi və açıq müzakirələrə yanvardan sonra başlanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR