Bank Of Baku

Gəncədə yeraltı yolları robotlar bərpa edəcək

Gəncədə yeraltı yolları robotlar bərpa edəcək
# 27 fevral 2013 12:03 (UTC +04:00)

 

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yeraltı fayton yollarını bərpa etmək üçün ABŞ-dan robotlar gətiriləcək. Bu barədə APA-nın qərb bürosuna Gəncə Regional Elmi Mərkəzin direktor müavini Samir Pişnamazzadə məlumatı verib.

 

Onun sözlərinə görə, bununla bağlı ABŞ-ın Smitsan İnstitutunun Milli Muzeyinin rəhbəri Pol Maykl Teylor Gəncədə səfərdə olub. O, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə Regional Elmi Mərkəzin direktoru Fuad Əliyevlə görüşüb. Görüşlərdə bu məsələ müzakirə edilib. Hazırda yolların bərpasında robotların iştirakı ilə bağlı layihə hazırlanıb və qonaq onu Vaşinqtonda müzakirə edəcək. Nəticə müsbət olarsa, bu ilin ortalarında işlərə başlanıla bilər.

 

Qeyd edək ki, Gəncədə yeraltı fayton yollarının muzey kimi bərpası planlaşdırılır. Bu istiqamətdə aparılan tədqiqat işləri nəticəsində şəhərdəki bütün yeraltı yolların xəritəsi hazırlanıb. Bu tunellərdə tarixi muzeyin yaradılması üçün Gəncə Regional Elmi Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsi tərəfindən lazımi inventar və əşyalar da artıq toplanıb. Yolların tikintisi ilə bağlı bir çox işlər də görülür. Lakin S.Pişnamazzadə bunun təhlükəli bir proses olduğunu və ona görə də bu işdə robotlardan istifadə edilməsinin planlaşdırıldığını bildirib.

 

Qeyd edək ki, yeraltı yollar şəhərin üç istiqamətində uzanaraq, Yeni Gəncə yaşayış massivini İmamzadə kompleksi ilə birləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR