Gəncə. Azər Məmmədli-APA. Bu gün səhər saatlarından Gəncə şəhərinin bir hissəsinə qazın verilişi dayandırılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Nəriman Nərimanov, Adil İsgəndərov, Gülüstan qəsəbəsi və digər ərazilərində təbii qazın verilişində fasilə yaranıb. Gəncə şəhər Qaz istismarı Sahəsinin rəis müavini Vüqar Ələkbərovun bildirdiyinə görə, şəhərin Şah İsmayıl Xətai prospektində yolun genişləndirilməsi zamanı ikinci qaz xəttində qəza baş verib. Hazırda borunun bərpası işi gedir. Axşam saatlarında qazın verilişinin bərpa ediləcəyi bildirilir.