Bank Of Baku

Gənclər və İdman Nazirliyi "Online fikir bankı" adlı layihəyə start verib

Gənclər və İdman Nazirliyi "Online fikir bankı" adlı layihəyə start verib
# 26 noyabr 2013 11:57 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Gənclər və İdman Nazirliyi yeni imkanların yaradılması istiqamətində gənclər tərəfindən irəli sürülən fikir və ideyaların bir yerə toplanması məqsədi ilə gənclər üçün yeni "Online fikir bankı" adlı layihəyə start verib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gənclər www.fikirbanki.az saytına daxil olmaqla burada yeni  fikir və ideyalarını açıq istifadə üçün yerləşdirə biləcəklər. Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalanacaqlar.

 

Online fikir bankında Sosial Xidmətlər, İqtisadiyyat, Təhsil, Əyləncə, Media, Rabitə və Telekommunikasiya, Tibb və Sağlamlıq, Ətraf Mühit, Nəqliyyat, Milli-Mədəni İrs, Turizm, Mədəniyyət bölmələr fəaliyyət göstərir.

 

Veb saytda “Ayın qalibi” adlı xüsusi bölmə də yaradılıb ki, burada qalib olan gənclər  Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

 

Qeyd edək ki, "Online fikir bankı" layihəsi 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi çərçivəsində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na müvafiq olaraq həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR