Bank Of Baku

Güclü külək qərb bölgəsində fəsadlar yaradıb

Güclü külək qərb bölgəsində fəsadlar yaradıb
# 04 dekabr 2013 09:39 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Ötən gün respublika ərazisində hava şəraitinin dəyişməsi, güclü küləyin əsməsi qərb bölgəsində də bəzi fəsadlar yaradıb. Gədəbəy rayon İcra Hakimiyyəti Aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, külək rayonun elektrik təminatında fasilə yaradıb. Rayonun Moruqlu, Qoşabulaq, Fərizamanlı kimi kəndlərinə gedən elektrik xətləri qırılıb. Aparatdan bildirilib ki, hazırda sıradan çıxan elektrik xətlərinin və dirəklərinin təmiri prosesi gedir. Daşkəsən rayonunun bəzi ucqar kəndləri də dünən bir neçə saat elektrik enerjisiz qalıb. Güclü küləkdən sonra qar yağmağa başlayıb. Qərb bölgəsinin Gədəbəy və Daşkəsən rayonlarına qar yağıb. Hazırda rayon mərkəzlərində qarın hündürlüyü 5-6 santimetr, ucqar kəndlərdə 15-20 sm-dır. Rayon İcra Hakimiyyətindən bildirilib ki, qarın yağması ilə əlaqədar bəzi kənd yollarında  gediş-gəlişdə çətinlik yaranıb. Bu gün səhər saatlarından başlayaraq yollarda təmizlik işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR