Bakı. Ramiz Mikayıloğlu-APA. “Bu gün Azərbaycanda tikilən müasir idman mərkəzləri, olimpiya komplekslərinin qapıları tez-tez açılmır. Gənclər evləri və gənclər mərkəzlərinin yaradılması bu binalardan aktiv istifadəyə yol aça bilər”.
APA-nın verdiyi məlumata görə, bunu Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülər Xidməti” Proqramı və “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin təqdimatı mərasimində Milli Məclisin Sosial məsələlər Komitəsinin sədri Hadı Rəcəbli deyib.
H. Rəcəbli bildirib ki, bir vaxtlar qeyri-hökumət təşkilatlarına münasibət mənfi olub: “Ötən əsrin 90-cı illərin əvvəlində 4 QHT var idi, 4 gündən bir yoxlayırdılar. Sonra biz QHT-lər haqqında qanun hazırladıq, hazırda Azərbaycanda 3 min QHT var. Könüllük isə QHT fəaliyyətində vacib bir istiqamətdir. Bir neçə il əvvəl könüllülük xidməti ilə bağlı qanun da qəbul etmişik. İnanırıq ki, könülülük xidməti ölkəmizdə geniş yayılacaq”.
Hadı Rəcəbli: “Azərbaycanda tikilən müasir idman mərkəzlərinin qapıları tez-tez açılmır”
03 iyul 2014 09:25 (UTC +04:00)
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024