Bank Of Baku

IDEA kampaniyası Azərbaycanda ilk dəfə olaraq online foto-paylaşma müsabiqəsi elan edir

IDEA kampaniyası Azərbaycanda ilk dəfə olaraq online foto-paylaşma müsabiqəsi elan edir
# 21 fevral 2013 13:00 (UTC +04:00)

Bakı-APA. IDEA kampaniyası Azərbaycanda ilk dəfə olaraq online foto-paylaşma və sosial şəbəkə xidməti olan “Instagram”da müsabiqə elan edir. İDEA-dan APA-ya verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan təbiətini tanıtmaq, daha da çox sevdirmək və insanlar tərəfindən ətraf mühitə xüsusi diqqət və qayğını artırmaqdır. Instagram vasitəsilə çəkilmiş Azərbaycan təbiəti və təbiət komponentini özündə əks etdirən bütün fotolar müsabiqədə iştirak edə bilər.

 

Bunun üçün “Instagram” istifadəçiləri çəkdikləri fotoları öz səhifələrinə #ideanature “hashtag”-i və “@idea_campaign” tag-i altında 20 Aprel 2013-cü il tarixinə kimi yükləməlidirlər.

 

Sosial şəbəkə istifadəçiləri tərəfindən ən çox bəyənilən 3 foto müvafiq olaraq: I yer - iPhone 5;  II yer -  iPad mini və III yer – iPad 2 mükafatları ilə təltif olunacaqlar.

 

Çəkilən fotoşəkillərin Azərbaycanda ilk dəfə olaraq keçiriləcək "IDEA Instagram sərgi"sində də iştirakı üçün fotolar həmçinin [email protected] elektron ünvanına da göndərilməlidir.

 

Xatırladaq ki, "Instagram" əlavəsi "iOS" və "Android" əməliyyat sistemlərində çalışan mobil qurğular tərəfindən dəstəklənir.

 

Qeyd edək  ki,  IDEA (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası 2011-ci il iyulun 12-də Heydər  Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR