Bank Of Baku

Magistraturaya keçirilən qəbul imtahanı zamanı 20 bakalavr imtahandan xaric olunub

Magistraturaya keçirilən qəbul imtahanı zamanı 20 bakalavr imtahandan xaric olunub
# 04 mart 2013 11:26 (UTC +04:00)

 

TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, protokolların ilkin təhlilinə əsasən ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanı zamanı 20 bakalavr imtahandan xaric olunub və onların nəticələri ləğv edilib: “Bunlardan 1-i imtahan zalına telefon keçirməyə cəhd edib, digərləri isə köçürməyə cəhd, imtahan gedişinə mane olma və imtahan prosesini pozduqlarına görə xaric ediliblər. İmtahanda iştirak etmək üçün 21623 bakalavr ərizə təqdim etsə də onlarda 500-dən çoxu imtahana gəlməyib”.

 

E.Nağızadə vurğulayıb ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələri yaxın günlərdə açıqlanacaq.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi iyunun 23-də keçiriləcək. Magistraturaya proqram seçimi 3-11 iyun, ixtisaslaşma seçimi 26-28 iyunda aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR