MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası Qazaxıstanda keçiriləcək.
APA-nın Şuranın saytına istinadən verdiyi məlumata görə, sayca 77-ci iclas 15-19 may tarixlərində Almatıda baş tutacaq.
Toplantının Almatıda keçirilməsinə səbəb faktın Qazaxıstan Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Xidməti Akademiyasının yaradılmasının 85 illiyinə təsadüf etməsidir.