Bakı. Ramiz Mikayıloğlu - APA. “Son hadisələr göstərdi ki, biz peşəkar ordu ilə Qarabağı azad edəcəyik. Ona görə də gəncləri təhsildən ayıraraq hərbi xidmətə cəlb etməyi yanlış sayıram”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında “Elm haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib. O, təhsildə fasiləsizliyin təmin edilməsi ilə bağlı müddəanın qanun layihəsinə əlavə olunmasını təklif edib.
Qüdrət Həsənquliyev də qeyd edib ki, dövlətin vəzifələrindən biri elmdə fasiləsizlik prinsipinin tətbiqi olmalıdır: “Magistratura və doktoranturaya qəbul arasında gənclərə hərbi möhlət hüququ verilməlidir. Döyüşlərdə istedadlı gənclərin itirilməsi ikiqat itkidir. Magistrlər hərbi xidmətdən azad edilməlidir”.
Q. Həsənquliyev elmlə məşğul olan insanların əmək haqlarının ölkə səviyyəsindən aşağı olduğuna diqqət çəkib: “Gənc alimlərin mənzillə təminatı da imperativ norma kimi qanunvericilik aktlarına əlavə edilməlidir”.
Milli Məclisdə magistrlərin hərbi xidmətdən azad edilməsi təklif olunub
17 may 2016 12:11 (UTC +04:00)
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024