Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanın orta məktəblərində adambaşına maliyyələşmə sisteminə keçid hələlik fikir olaraq qalır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib.
O bildirib ki, Dünya Bankı ilə vaxtilə respublikanın 3 rayonunun 59 məktəbində pilot olaraq bu layihə həyata keçirilib: “Amma bu sistemi bütün ölkəyə yaymaqda çətinlik çəkdik. Hələlik bu məsələ fikir olaraq qalır”.
Nazir özəl ali məktəblərin əlavə dəyər vergisində azad olunması məsələsinə münasibət bildirib. O qeyd edib ki, bu işə müsbət baxır: “Ali məktəblərin ƏDV-dən azad olunması təhsilin inkişafına xidmət edən bir amil olacaq”.