APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, tədrisin ilinin yarısında məktəbdə istifadə olunan dərsliyi heç kəsin ləğv etmək ixtiyarı yoxdur. Onun sözlərinə görə, dərsliklərin ləğvi yalnız dövlətin təhsil siyasətini həyata keçirən quruma aiddir.